BAKI, 15 iyul — Sputnik. Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 3 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 82,7 manat təşkil edib.
Sputnik Azərbaycan Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,4 % çoxdur.
Hesabat dövründə ən yüksək qiymət 128,3 manat olmaqla Qubada qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 21,5 % azdır.
İkinci yerdə 115,4 manat olmaqla Qəbələ qərarlaşıb. Bu, illik müqayisədə 71,2 % çoxdur.
3 ulduzlu hotellər arasında üçüncü yeri isə 115 manat olmaqla Şamaxı tutub. Bu rayonda ötən ilin eyni dövründə 3 ulduzlu hotel olmayıb
Naxçıvanda 3 ulduzlu hotellərdə bir gecə qalmaq üçün 100 manata (+ 11 %), Astarada 86,3 manata (ötən ilin eyni dövründə rayonda 3 ulduzlu hotel olmayıb), Lənkəranda 82,2 manata (-69,6 %), Bakıda 82,1 manata (+ 26,6 %), İsmayıllıda 75 manata (- 20,2 %), Gəncədə 73,1 manata (+ 40,5 %), Lerikdə 70 manata (ötən ilin eyni dövründə rayonda 3 ulduzlu hotel olmayıb), Şəkidə 68,8 manata (+ 11,5 %), Qusarda 65,8 manata (- 27,6 %), Naftalanda 50 manata ( qiymət dəyişməyib), Mingəçevirdə 47 manata (- 19,7 %), Qaxda 45 manata (- 17,7 %) , Oğuzda 40 manata (+ 11,1 %) başa gəlib.