DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-dakı prezident seçkiləri Ukrayna münaqişəsinin taleyini həll edə bilər - Siyyarto

ABŞ-ın keçmiş Prezidenti Donald Trampa qarşı son sui-qəsd onu göstərir ki, "dünya qəddarlaşıb" və sülhü müdafiə edən siyasətçilərə qarşı "ən sərt vasitələrdən istifadə olunur".
Sputnik
BAKI, 15 iyul — Sputnik. 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkiləri Ukraynadakı münaqişənin həllində əsas rol oynaya bilər.
Bunu Macarıstanın xarici işlər naziri Peter Siyyarto bildirib.
Nazirin sözlərinə görə, ABŞ-dakı seçkilər Vaşinqtonun yaxın bir neçə il üçün siyasətini müəyyən edəcək. Bu, müharibə və ya sülhməramlılıq siyasəti ola bilər.
O, həmçinin Rusiya və Ukrayna arasında danışıqların yalnız ABŞ, Avropa İttifaqı və Çinin münaqişənin sülh yolu ilə həllini birgə müdafiə etməsindən sonra başlaya biləcəyi qənaətində olduğunu bildirib.
Siyyarto əlavə edib ki, ABŞ-ın keçmiş Prezidenti Donald Trampa qarşı son sui-qəsd onu göstərir ki, "dünya qəddarlaşıb" və sülhü müdafiə edən siyasətçilərə qarşı "ən sərt vasitələrdən istifadə olunur".
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, hazırda Ukraynada münaqişənin həlli üçün danışıqlara başlamaqdan ötrü heç bir ilkin şərt yoxdur.