BAKI, 14 iyul — Sputnik. ABŞ Federal Təhqiqatlar Bürosu keçmiş prezident Donald Trampın mitinqində baş verən atışma ilə bağlı təhqiqatda aparıcı qurum kimi öz üzərinə götürdüyünü bildirib.
“FTB keçmiş prezident Donald Trampla bağlı Pensilvaniya ştatının Butler şəhərində bu gün səhər saatlarında baş vermiş insidentin araşdırılmasında aparıcı federal hüquq-mühafizə orqanı rolunu öz üzərinə götürüb”, - məlumatda deyilir.
Tramp atışma üzündən şənbə günü Pensilvaniyada ictimaiyyət qarşısında çıxışını yarımçıq kəsib. Videoda siyasətçinin qulağının qan içində olduğu vaxt mühafizəçilər tərəfindən necə aparıldığı əks olunub. Tramp daha sonra qulağından yaralandığını və çoxlu qan itirdiyini bildirib.
ABŞ prezidenti Co Bayden Trampın sağalması üçün dua etdiyini, lakin hadisəni siyasətçiyə qarşı sui-qəsd cəhdi adlandırmaq üçün hələlik kifayət qədər faktlara malik olmadığını bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.