CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 14 iyul – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 14 iyul — Sputnik. İyulun 14-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyulun 14-də kim anadan olub?
İrvinq Stoun (1903-1989) - ABŞ yazıçısı və bioqrafik romanın yaradıcılarından biridir. O, ümumilikdə Vinsent Van Qoq, Cek London, Ziqmund Freyd və Çarlz Darvin də daxil olmaqla böyük insanların həyatından bəhs edən 25 roman yazıb.
İnqmar Berqman (1918-2007) - İsveç teatr və kino rejissoru, ssenarist və yazıçıdır. O, ən böyük müəllif kinorejissorlarından biri kimi tanınır. Berqmanın ən məşhur filmləri arasında "Yeddinci möhür", "Çöl çiyələkləri", "Persona", "Qurdların saatı", "Qışqırıqlar və pıçıltılar" var.
Ingmar Bergman
Harri Din Stenton (1926-2017) - ABŞ kinoaktyoru, musiqiçisi və müğənnisidir. O, "Soyuqqanlı Lyuk", "Kellinin qəhrəmanları", "Dillincer", "Xaç atası 2", "Nyu-Yorkdan qaçış", "Kristina", "Paris, Texas" kimi filmlərdə rol alıb.
Harri Din Stenton
Metyu Foks (1966) - ABŞ kino aktyorudur. O, "Sağ qalmaq" (2004-2010) televiziya serialındakı Cek Şepard rolu, eləcə də "Beş nəfərik" (1994-2000) adlı gənclər serialındakı Çarli Selincer rolu ilə geniş tanınıb.
Metyu Foks
Pelaqeya (1986) - Rusiyanın müğənnisi və RF əməkdar artistidir. Pelaqeya Telegina Rusiya xalq mahnılarını, romanslarını və müəllif əsərlərini, eləcə də müxtəlif xalqların etnik mahnılarını ifa edir.
Pelaqeya
Konor Makqreqor (1988) - irlandiyalı qarışıq döyüş növləri döyüşçüsü və professional boksçudur. O, UFC-nin himayəsində yüngül çəki dərəcəsində çıxış edir. Döyüşçüsü yüngül və yarım-yüngül çəkidə UFC-nin keçmiş çempionudur.
Konor Makqreqor
14 iyul tarixində dünyada baş verən tarixi hadisələr
1865-ci ildə İngiltərə-Fransa ekspedisiyasının üzvü Eduard Uimper Alp dağlarında ilk dəfə Matterhorn zirvəsinə (4478 metr) çıxıb.
1867-ci ildə isveçli kimyaçı Alfred Nobel ilk dəfə dinamit nümayiş etdirib.
1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) plenumunun yekdil qərarla Dövlət Təhlükəsizlik Komitəsinin sədri Heydər Əliyev Respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.
1967-ci ildə Stokholmda Ümumdünya Əqli Mülkiyyət Təşkilatının yaradılması haqqında konvensiya imzalanıb.
2017-ci ildə Rusiyanın ilk "Mayak" kosmik gəmisi Baykonur Kosmodromunun 31-ci buraxılış meydançasından kosmosa buraxılıb.