BAKI, 14 iyul - Sputnik. Kreml ABŞ prezident seçkilərinin gedişini diqqətlə izləyəcək. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.
“Onların həqiqətən seçkiləri olacaq, görəcəyik ki, sonda kimlər iştirak edəcək, kim qalib gələcək. Və qalib gəlsə, prezident ola bilərmi? İndi bütün bunlara orada da zəmanət verilmir. Biz çox diqqətlə izləyəcəyik”, - Peskov bildirib.
Administrasiyanın Vaşinqtondakı ritorikasının seçkidən sonra dəyişə biləcəyi ilə bağlı suala Kreml rəsmisi belə cavab verib:
"Qoy amerikalılar mövcud vəziyyətlə təkbaşına məşğul olsunlar”, - Peskov bildirib.
Prezidentin mətbuat katibi deyib ki, hər bir xalq öz prezidentini seçir və hər bir xalq öz prezidenti ilə fəxr edir.
"Biz öz prezidentimizlə fəxr edirik. Qoy amerikalılar özləri ilə məşğul olsunlar”, Peskov əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.