DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gülüş terapiyası: Yaponiya prefekturasının sakinlərinə hər gün gülmək məsləhət görülür

Yaponiyanın Liberal Demokratlar Partiyası işəgötürənlərdən iş yerində əyləncə üçün əlverişli atmosfer yaratmağı xahiş edib.
Sputnik
BAKI, 14 iyul - Sputnik. Yaponiyanın Yamaqata prefekturasının rəhbərliyi yerli sakinləri gündə ən azı bir dəfə gülməyə çağırıb. Lenta.Ru xəbər verir ki, müvafiq qanunu irəli sürən ölkənin Liberal Demokrat Partiyasıdır.
Təşkilat nümayəndələrinin fikrincə, hər gün gülmək sakinlərin fiziki və psixi sağlamlığını yaxşılaşdıracaq. Bundan əlavə, partiya işəgötürənləri iş yerində əyləncə üçün əlverişli atmosfer yaratmağa çağırıb.
Qətnamə müəllifləri bu təşəbbüsü Yamaqata Universitetində aparılan tibbi araşdırmanın nəticələri ilə izah ediblər. Təhlildən belə çıxır ki, gülüş sağlamlığı yaxşılaşdırmaqla yanaşı, insanların ömrünü də uzadır. Partiya gülüşün insanların səriştəsini, açıqlığını və vicdanını artırdığını müəyyən edən digər elmi işlərə də istinad edib.
Yaponiyanın Kommunist və Konstitusiya Demokratik Partiyasının üzvləri artıq belə yeniliklərin əleyhinə səs verib, Liberal Demokratları vətəndaşların təbii hüquqlarına və daxili azadlıqlarına hücumda ittiham ediblər.
Yaponiyalı ağbirçək xanım, arxiv
Sonuncular isə qeyd edib ki, qətnamə insanları gülməyə məcbur etmir, sadəcə olaraq gülməyə sövq edir.
Liberal Demokrat Partiyası diqqəti ona cəlb edib ki, qəbul edilmiş qanun tələblərə əməl etməməyə görə cəza nəzərdə tutmur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.