BAKI, 14 iyul - Sputnik. Şənbə günü Donald Tramp atışma üzündən Pensilvaniyada ictimaiyyət qarşısında çıxışını yarımçıq kəsib. Videoda siyasətçinin qulağının qan içində olduğu vaxt mühafizəçilər tərəfindən necə aparıldığı əks olunub. Tramp daha sonra qulağından yaralandığını və çoxlu qan itirdiyini bildirib.
ABŞ Məxfi Xidməti səhnəyə doğru bir neçə dəfə atəş açan şübhəlini öldürdüyünü bildirib. Atışma zamanı bir tamaşaçı həlak olub, iki nəfər isə ağır yaralanıb.
ABŞ-nin Federal Təhqiqatlar Bürosu prezidentliyə namizəd Donald Trampa edilən hücumu “sui-qəsd cəhdi” kimi təsnifatlandırıb.
Trampın Pensilvaniya ştatındakı mitinqində atəş açmaqda şübhəli bilinən şəxs öldürülüb.
“Şübhəli şəxs güman edilən atəşdən sonra Gizli Xidmət tərəfindən zərərsizləşdirilib”, – CBS telekanalının sosial şəbəkə hesabında qeyd olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.