CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dişlər üçün ən zərərli qidaların adları açıqlanıb

Ağızdakı bakteriyalar şəkəri üzvi turşuya çevirir, bu da minanı yeyir.
Sputnik
BAKI, 14 iyul — Sputnik. Şəkər dişlərin əsas düşmənidir. Rusiyalı məşhur diyetoloq Aleksey Kabanov bu barədə məlumat verib.
Onun sözlərinə görə, şəkər müntəzəm istehlak edildikdə bütün orqanizmə zərər verir, o cümlədən, dişlər üçün də çox təhlükəlidir.

"Ağızdakı bakteriyalar şəkəri üzvi turşuya çevirir, bu da minanı yeyir", - ekspert izah edib.

İkinci yeri turş və turşaşirin qidalar - sitrus meyvələri, şirələr, turş giləmeyvələr tutur. Həmçinin, səhər saatlarında şirə içmək məsləhət görülmür.
Kabanov əlavə edib ki, qoz-fındıq, toxum yeyərkən, qazlı içkilər, çay və qəhvə içərkən diqqətli olmaq lazımdır - bu qidalar mina üzərində pərdə əmələ gəlməsinə kömək edir, bu səbəbdən də bakteriyalar dişlərə yerləşirlər.
Əvvəllər zəngin tərkibinə görə xurmaların bir çox faydalı xüsusiyyətlərə malik olduğu barədə məlumat verilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SƏHİYYƏ
Dünyada ilk dəfə insanlara dişi bərpa edən dərman veriləcək