BAKI, 14 iyul — Sputnik. Çinin BYD şirkəti Türkiyədə elektriklə işləyən avtomobillərin istehsalı üzrə zavod açacaq. Bu barədə Agence France-Presse Türkiyə hökumətindəki mənbələrə istinadən xəbər verir.
"BYD Türkiyədə elektrikli avtomobillər üçün zavod açacaq", - agentlik öz mənbəsinə istinadən yazır.
Nəşrin həmsöhbəti onu da əlavə edib ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan elan edəcək, lakin açıqlamanın tarixi qeyd edilməyib.
BYD 1995-ci ildə yaradılıb. Şirkətin dünya üzrə 30-dan çox sənaye müəssisəsi var. İyulun əvvəlində şirkət Taylandda elektromobil istehsalının açılışını elan etmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.