BAKI, 14 iyul - Sputnik. İyulun 14-ü saat 10:00-a olan faktiki hava acıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Milli Hidrometeorologiya Xidmətinin iyulun 14-ü saat 10:00-a olan məlumatına görə əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.
Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb.
Düşən yağıntının miqdarı Şəmkir, Oğuz, Şamaxı, Quba, Biləsuvar, Astarada 1 mm-dək olub.
İyulun 13-də şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir Culfada 18 m/s-dək güclənib.
Lerik, Qrız, Şahdağda duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 37, Aran rayonlarında 37, dağlıq rayonlarda 28 dərəcəyədək isti olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.