RUSİYA

ABŞ Kiyevi maliyyələşdirməkdənsə, öz təhlükəsizliyi ilə məşğul olmalıdır - Zaxarova

Rusiya XİN rəsmisi ABŞ prezidentliyinə namizədə qarşı törədilən hadisəyə münasibət bildirib.
Sputnik
BAKI, 14 iyul - Sputnik. ABŞ Kiyev terrorçularını maliyyələşdirməkdənsə, bu pulları öz daxili təhlükəsizliyinə yatırmalıdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Donald Trampa sui-qəsd cəhdini şərh edərkən deyib.

"ABŞ-da Zelenskiyə silah verilməsinə səs verənlərin hamısı: Bəlkə bu puldan ABŞ polisini və Birləşmiş Ştatlarda asayişi təmin etməli olan digər xidmətləri maliyyələşdirmək üçün istifadə etmək daha yaxşı olmazdımı?", - diplomat sual verib.

“Amerika Birləşmiş Ştatları siyasi opponentlərə, ölkələrə və insanlara qarşı nifrəti qızışdırmaq və terrorizmi himayə etmək siyasətini nəzərə almalıdır”, - deyə diplomat bildirib.
Zaxarova həmçinin bildirib ki, Ukrayna Dövlət Kəşfiyyat Xidmətinin rəhbəri Kirill Budanovun danışdığı Rusiya prezidenti Vladimir Putinə sui-qəsd cəhdi ABŞ pulu ilə hazırlanıb.

“Dünən Kiyev rejiminin liderlərindən biri Budanov açıq şəkildə etiraf etdi ki, Ukrayna kəşfiyyatı Rusiya prezidentinə sui-qəsd hazırlayır. Beləliklə, bu sui-qəsd cəhdi yenə də ABŞ-ın pulu ilə hazırlanıb, onsuz Baş Kəşfiyyat İdarəsinin, SBU-nun və bütövlükdə Bankovanın heç bir zərərli fəaliyyəti olmazdı”, - Zaxarova Telegram kanalında yazıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.