BAKI, 13 iyul — Sputnik. İyulun 13-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyulun 13-də kim anadan olub?
Mixail Puqovkin (1923-2008) - Sovet və Rusiya teatr və kino aktyoru, SSRİ xalq artistidir. O, "12 stul", "Malinovkada toy", "Sportloto-82" və s. filmlərdə rol alıb.
Harrison Ford (1942) - ABŞ kinoaktyoru, prodüseridir. O, xüsusi "Qızıl Qlobus", fəxri "Qızıl palma budağı" və "Sezar" mükafatının laureatıdır. Aktyor daha çox "Ulduz Müharibələri", "İndiana Cons", "Patriot oyunları", "Qaçaq", "Prezident təyyarəsi", "K-19" və "Şahid" filmlərində iştirakı ilə tanınıb.
Harrison Ford
© AP Photo / Richard Shotwell
Boris Klyuyev (1944-2020) - Sovet və Rusiya teatr və kino aktyoru, RF xalq artistidir. Aktyor qraf Roşfor ("D'Artanyan və üç müşketyor" filmi), Maykroft Holms ("Şerlok Holms və Doktor Vatsonun macəraları) və s. rolları sayəsində şöhrət qazanıb.
Murilu Benisiu (1971) - braziliyalı aktyor və rejissordur. O, "Üstdəki qadın", "Klon", "Bibərli şokolad" film və televiziya seriallarındakı rolları ilə tanınır.
Murilu Benisiu
© AFP 2024 / GERARD JULIEN
13 iyul tarixində dünyada baş verən tarixi hadisələr
1930-cu ildə Uruqvayda ilk futbol üzrə dünya çempionatı başlayıb. Dünya kubokunun finalında Argentina millisi turnirin ev sahiblərini 4:2 hesabı ilə məğlub edərək, ilk dünya çempionu adını qazanıb.
1949-cu ildə XII Piy Roma Papası edlan edib ki, bilərəkdən və könüllü olaraq Kommunist Partiyası sıralarına qoşulan və ya başqa şəkildə onu dəstəkləyən hər hansı bir katolik kilsədən xaric ediləcək.
1908-ci ildə Londonda başlayan IV Olimpiya Oyunlarında qadınlar ilk dəfə iştirak ediblər.
2006-cı ildə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin açılış mərasimi olub. Onun təməli 2002-ci il sentyabrın 18-də Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin, ABŞ-ın energetika nazirinin iştirakı ilə qoyulub.