CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəlilabadda qaz kəmərinin zədələnməsi nəticəsində 2300 abonent qazsız qalıb

Qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.
Sputnik
BAKI, 13 iyul - Sputnik. Cəlilabad rayonunda qazıntı aparılan zaman qaz kəmərinin zədələnməsi nəticəsində 2300 abonent qazsız qalıb.
"Report"un məlumatına görə, Cəlilabad rayonu Günəşli qazpaylayıcı stansiyadan qidalananarq Təzəkənd, Üçtəpə və Cəfərxanlı kəndlərini təchiz edən diametri 200 millimetr olan yeraltı qaz kəməri "SityNet"ə məxsus internet xətlərini çəkən podratçı tərəfindən qazıntı aparılarkən zədələnib.
Nəticədə 2300 abonetin qaz təhcizatı dayandırılıb.
Qəzanı aradan qaldırmaq istiqamətində işlər görülür.