DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmalıdır - Ərdoğan

Türkiyə prezidenti artıq bu məsələ ilə bağlı birliyin daimi üzvləri ilə danışdığını bildirib.
Sputnik
BAKI, 12 iyul — Sputnik. Türkiyə tərəfi Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv ola bilər.
Məlumatı "TRT Haber" yayıb.
Bu istəyi ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan dilə gətirib. O, NATO sammitindən sonra Vaşinqtonda keçirilən mətbuat konfransında çıxış edib.
Ərdoğan artıq bu məsələ ilə bağlı birliyin daimi üzvləri ilə danışdığını bildirib. Lider Türkiyəni təşkilata qəbul etmək üçün onlardan dəstək və icazə istəyib.
Bundan əvvəl ÇXR sədri Si Cinpinin Türkiyə siyasətinə münasibəti barədə məlumat yayılmışdı. Onun sözlərinə görə, Pekin və Ankara bir çox qlobal problem və problemlərdə oxşar mövqedən çıxış edirlər.