NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Rusiyanın "Tatneft" şirkəti "Bibi-Heybət"də işə başlayır

Nail Maqanov Bibi-Heybət yatağında SOCAR-dan olan həmkarlarla birlikdə mövcud texnologiyaları tətbiq edəcəklərini açıqlayıb.
Sputnik
BAKI, 12 iyul — Sputnik. Rusiyanın "Tatneft" şirkəti Azərbaycanın dövlət neft şirkəti SOCAR ilə birlikdə "Bibi-Heybət" yatağında işə başlayır. Bu barədə "Tatneft"in baş direktoru Nail Maqanov bildirib.
Bu ilin martında SOCAR "Tatneft" şirkəti ilə neft-kimya sahəsində əməkdaşlığa dair sazişin, eləcə də neft sahəsində birgə fəaliyyətlə bağlı niyyət memorandumunun bağlandığını elan edib.
"Bizim SOCAR-la çox sıx əməkdaşlığımız var. Biz indi Bibi-Heybət yatağına daxil oluruq, burada SOCAR-dan olan həmkarlarımızla birlikdə mövcud texnologiyaları tətbiq edəcəyik", - Maqanov Tatarıstan Neft Sammiti zamanı bildirib.
Onun sözlərinə görə, Rusiya və Azərbaycan neft şirkətləri arasında əməkdaşlıq digər ölkələri də əhatə edir, xüsusən də Türkiyədə birgə iş fəal şəkildə aparılır.
"Biz neft emalı zavodunda, neft-kimya sənayesinin inkişafı baxımından yenidənqurmada fəal işləyirik və neft-kimya ilə bağlı yaxşı işlər görmüşük və bu mövzuda azərbaycanlı həmkarlarımızla işləməkdən məmnunuq" - "Tatneft"in rəhbəri əlavə edib.