RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

NATO Ukraynadakı münaqişə ilə özünün sağ qalmasını təmin edir

Qərbdə Alyansla Rusiya arasında birbaşa silahlı münaqişə ilə bağlı fikirlər getdikcə daha çox səslənir.
Sputnik
BAKI, 12 iyul — Sputnik. NATO-nun əsas vəzifəsi Rusiya Federasiyasını məğlub etmək və ya Qərb üçün kollektiv müdafiə yaratmaq deyil, alyansın sağ qalmasını təmin etməkdir. Bunu "American Conservative" nəşri yazıb.
"Hazırda NATO-nun əsas institusional səlahiyyəti Rusiyanın məğlubiyyəti və ya Qərbin kollektiv müdafiəsi deyil. Onun vəzifəsi özünün sağ qalmasıdır və buna görə də Vaşinqtonda Alyans öz aktuallığını və nəhayət, mövcudluğunu əsaslandırmaq üçün getdikcə daha çox səbəb icad etməyə başlayıb" - nəşr yazıb.
Məqalədə qeyd olunur ki, müttəfiqliyə ehtiyacın əsas səbəbi Ukraynadakı münaqişədir. Son vaxtlar Qərbdə Alyansla Rusiya arasında birbaşa silahlı münaqişə ilə bağlı fikirlər getdikcə daha çox səslənir. Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə Moskvanın NATO ölkələrinə hücum etmək fikrində olmadığını ətraflı izah edib. Rusiya lideri qeyd edib ki, Qərb siyasətçiləri diqqəti daxili problemlərdən yayındırmaq üçün mütəmadi olaraq öz əhalisini xəyali Rusiya təhlükəsi ilə qorxudurlar, lakin prezidentin sözlərinə görə, ağıllı insanlar bunun yalan olduğunu çox gözəl başa düşürlər.
Bundan əlavə, son illərdə Rusiya NATO-nun qərb sərhədləri boyunca görünməmiş fəaliyyətini qeyd edib. Alyans təşəbbüsləri genişləndirir və bunu Rusiyanın təcavüzünün qarşısını almaqla əsaslandırır. Moskva dəfələrlə Avropada NATO qüvvələrinin artırılmasından narahatlığını bildirib.
Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Moskva NATO ilə dialoqa açıqdır, lakin bərabər əsasda, Qərb isə qitənin hərbiləşdirilməsi kursundan əl çəkməlidir. İyulun 9-11-də Vaşinqtonda NATO-nun növbəti sammiti keçirilib. Gündəlikdə üç böyük mövzu var idi: Ukraynaya hərbi yardımın əlaqələndirilməsi və maliyyələşdirilməsində blokun rolunun gücləndirilməsi, kollektiv müdafiənin gücləndirilməsi və Rusiyaya qarşı müqavimətin gücləndirilməsi, eləcə də Qərb və Çin arasında artan qarşıdurma fonunda Asiya ölkələri ilə tərəfdaşlığın genişləndirilməsi. NATO-nun baş katibi Yens Stoltenberq sammitdə jurnalistlərə bildirib ki, alyans hazırda Rusiya Federasiyasından "birbaşa hərbi təhlükə" görmür.
02.07.24, 19:08
NATO ölkələrinin Tramp təlaşı: Ukraynaya silah göndərmək üçün planlar hazırlanır
Tramp ABŞ seçkilərində, Kiyevi dəstəkləyən əleyhdarlar isə Avropada seçkilərdə qalib gəlsə belə, NATO ölkələri Ukraynaya silah tədarükünün dayandırılmaması üçün tədbirlər hazırlayırlar. Bu barədə "Wall Street Journal" yazıb.
Qeyd olunur ki, məhz buna görə də Kiyevə silah tədarükünə görə məsuliyyət indi Vaşinqtondan NATO rəhbərliyinə keçir.
ABŞ-ın NATO-dakı keçmiş səfiri İvo Daalder nəşrə bildirib ki, Birləşmiş Ştatlar bu səylərə dəstəyi azaltsa və ya geri götürsə belə, onlar tamamilə yox olmayacaq.
Bildirilir ki, bu məqsədlə Kiyevə silah tədarükü üzrə ABŞ-ın deyil, bütövlükdə NATO-nun nümayəndəsi, koordinator göndəriləcək. Həmçinin ABŞ-ın deyil, NATO-nun himayəsi altında Kiyevə hərbi texnikanın verilməsini və Ukrayna Silahlı Qüvvələrinin sialhlılarının təlimini əlaqələndirmək üçün Visbadendə (Almaniya) yeni komandanlıq yaradılır.
Patriot ZRK, arxiv
Xatırladaq ki, bir müddət əvvəl "The Washington Post" qəzeti amerikalı məmurlara istinadən yazıb ki, ABŞ-la Ukrayna arasında imzalanmış təhlükəsizlik sazişinin Konqres tərəfindən ratifikasiya olunmaması, yenidən prezident seçiləcəyi təqdirdə Donald Trampın onu ləğv etməsinə imkan yaradır.
Həmin sənədə əsasən, 10 il müddətində Vaşinqton silah və texnikanın tədarükü, Ukrayna ordusunun təlimi və hava hücumundan müdafiə (HHM) sistemlərinin inkişafı vasitəsilə "Ukraynanın hərbi qüdrətini, eləcə də bütün döyüş funksiyaları spektri üzrə hərbi potensialının inkişafını və transformasiyasını dəstəkləyəcək" . Lakin hərbi əməliyyatlarda iştirak etmək üçün amerikalı əsgərlərin Ukraynaya göndərilməsi sazişdə öz əkisini tapmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.