BAKI, 12 iyul — Sputnik. Finlandiya parlamenti Rusiya ilə sərhədin açılmasını təmin edəcək qanun layihəsini qəbul edib. Bu parlamentin iclasında qaçqınların qəbulu və onların qovulmasını məhdudlaşdıran qanun layihəsi təsdiqlənib.
"Ria Novosti" bu barədə xəbər verib.
Belə ki, cümə günü Finlandiya parlamenti qaçqınların ölkədən çıxarılması haqqında qanun layihəsinə ikinci oxunuşda baxıb. Onun qəbul edilməsinə 167 deputat, əleyhinə 31 deputat səs verib. Yayım parlamentin saytında həyata keçirilib.
Finlandiya hakimiyyəti bundan əvvəl bəyan etmişdi ki, bu qanunun qəbulu gələcəkdə Rusiya ilə sərhəddə keçid məntəqəsinin açılması məsələsini nəzərdən keçirməyə imkan verəcək.