BÖLGƏ

Aİ-nin Ermənistandakı missiyasının daimi olmasından narahatıq - Rusiya XİN

Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan isə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinə ölkənin daxili işlərinə qarışmamaq barədə xəbərdarlıq edib.
Sputnik
BAKI, 12 iyul — Sputnik. Rusiya tərəfi İrəvanın təsdiqi ilə Aİ missiyasının daimi missiyaya çevrilə biləcəyindən narahatdır. Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novosti-yə deyib.
"İrəvanın təsdiqi ilə gəlmiş missiya nəinki genişlənir, həm də müvəqqətidən daimi missiyaya keçmək təhlükəsi yaradır. Biz bundan narahatıq" - Qaluzin bildirib.
Ermənistan parlamenti mart ayında Avropa İttifaqı ilə 2023-cü ilin noyabrında imzalanmış, müşahidəçilərə toxunulmazlıq və güzəştlər nəzərdə tutan Aİ-nin Azərbaycanla sərhəddəki missiyasının statusu haqqında sazişi ratifikasiya edib. Razılaşmaya əsasən, missiyanın üzvləri saxlanıla və ya həbs edilə bilməz və şəxsi heyət bütün hallarda yerləşdiyi ölkədə cinayət təqibindən azaddır.
"Bundan əlavə, bildiyiniz kimi, bu ilin aprelində Kanada nümayəndələri missiyaya qoşulublar, bu, de-fakto NATO-nun Cənubi Qafqaza sürünərək nüfuz etməsi deməkdir" - Rusiya xarici işlər nazirinin müavini vurğulayıb.
Onun sözlərinə görə, Rusiya tərəfi İrəvan və digər regional tərəfdaşlarla təmaslarda Aİ missiyası mövzusunu daim qaldırır:
"Biz əminik ki, Cənubi Qafqazda davamlı sülhə yalnız Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illər üçün üçtərəfli sazişlər kompleksinin hərtərəfli həyata keçirilməsi əsasında nail olmaq olar".
Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan isə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinə ölkənin daxili işlərinə qarışmamaq barədə xəbərdarlıq edib.
Sputnik Ermənistanın yaydığı məlumata görə, Arşakyan bu barədə jurnalistlərə deyib.
"Ermənistan və onun təhlükəsizlik sistemi ilə bağlı bütün problemlər hakimiyyət tərəfindən ölkənin maraqlarına naminə həll edilir” - A.Arşakyan qeyd edib.
01.07.24, 23:25
Ermənistan Aİ-yə yaxın olmağa hazırdır - Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Aİ-yə daxil olması ilə bağlı referendumun keçirilməsinin mümkünlüyünü şərh edib. O, bu barədə Ermənistan Demokratiya Forumu zamanı danışıb.
Onun sözlərinə görə, xalqın bu ideyaya dəstəyini göstərəcək referendumun keçirilməsi təklifləri var. Paşinyan xatırladıb ki, Avropa Parlamentinin tribunasından bəyan edib ki, Avropa İttifaqı buna hazır olduğu qədər Ermənistan da Aİ-yə yaxın olmağa hazırdır.
"Erməni xalqının bu fikri dəstəkləmədiyini düşünsəm, o zaman mən belə bir bəyanat verməzdim və ya xalqın dəstəkləmədiyi şəraitdə bu bəyanatı versəydim, ertəsi gün baş nazir olub bunu etməzdim", - Nazirlər Kabinetinin rəhbəri bildirib.
Paşinyanın sözlərinə görə, o, Ermənistan xalqını təmsil etmək səlahiyyətinə malik bir səlahiyyətli kimi onların fikrini bilir.
"İndi referendum keçirək, yoxsa yox? Bu məsələni referenduma çıxarsaq, təbliğat kampaniyası aparmalı olacağıq ki, biz onu keçirəndə insanlar sual verəcəklər - nə vaxt, necə, hansı vaxt çərçivəsində? Avropa Birliyi bunu istəyir, yoxsa, mən bu suallara cavab verə bilərəmmi?
O, Avropa İttifaqının özündə baş verən proseslərə də diqqət çəkib. Məsələn, Aİ-də keçirilən seçkilər müəyyən suallar yaradır.
Paşinyanın fikrincə, Ermənistan Aİ ilə yaxınlaşmaq üçün siyasi iradəsini ən yüksək səviyyədə bəyan edib.
İyunun 21-də Ermənistan parlamentində Avropa İttifaqına üzv olmaq üçün ərizə ilə bağlı referendumun keçirilməsi ilə bağlı müzakirələr aparılıb.