DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin ABŞ şirkətlərinə qarşı sanksiya tətbiq edib

Çin Xalq Respublikasının qanunlarına uyğun olaraq, Çin bir sıra müvafiq şirkətlərə və yüksək vəzifəli şəxslərə qarşı əks tədbirlər görməyə qərar verib.
Sputnik
BAKI, 12 iyul — Sputnik. Çin Tayvana silah satışına görə ABŞ-ın altı hərbi-sənaye şirkətinə qarşı sanksiya tətbiq edib. Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Çin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilmişdi ki, Amerika Birləşmiş Ştatları bu yaxınlarda "Çinin Tayvan bölgəsinə silah satışını bərpa edib və bu, "vahid Çin" prinsipini ciddi şəkildə pozur və üç birgə Çin-ABŞ kommükesinə ziddir. Bu Çinin daxili işlərinə ciddi müdaxilədir. Çinin suverenliyinə və ərazi bütövlüyünə ziyan vurur.
Çin Xalq Respublikasının qanunlarına uyğun olaraq, Çin bir sıra müvafiq şirkətlərə və yüksək vəzifəli şəxslərə qarşı əks tədbirlər görməyə qərar verib.
Məlumata görə, Anduril Industries, Maritime Tactical Systems, Pacific Rim Defence, AEVEX Aerospace, LKD Aerospace, Summit Technologies Inc. sanskiyalar altına düşüb.