RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Zaporojye AES-in təhlükəsizliyi mənim üçün əsasdır - Putin

Putin Zaporojye vilayətinin qubernatoru Yevgeni Balitski ilə görüşündə deyib ki, Ukraynanın stansiyaya birbaşa zərbə endirməsinə xüsusilə diqqət yetirirlər.
Sputnik
BAKI, 12 iyul — Sputnik. Düşmən Zaporojye Atom Elektrik Stansiyasına hücum edir. Bu, Rusiya Federasiyasının xüsusi diqqətini tələb edir. Bunu Rusiya Prezidenti Vladimir Putin Zaporojye vilayətinin qubernatoru Yevgeni Balitski ilə görüşündə söyləyib.
"Mən həm də təhlükəsizliklə əlaqəli olan şeyləri görürəm - bu, ilk növbədə, Zaporojye AES-in təhlükəsizliyidir. Düşmənin artıq stansiyaya birbaşa zərbə endirməsi, əlbəttə ki, bizim tərəfdən xüsusi diqqət tələb edir" - Putin bildirib.
"Əlbəttə ki, əsas məsələ bütövlükdə regionun, insanların təhlükəsizliyinin təmin edilməsidir. Bunu mütləq edəcəyik, buna nail olacağıq, şübhə yoxdur" – ölkə başçısı fikrini ifadə edib.
Bundan əvvəl "Zaporojye" Atom Elektrik Stansiyasının kommunikasiyalar üzrə direktoru Yevgeniya Yaşina bildirmişdi ki, Ukrayna ordusu kamikadze dronlardan istifadə edərək "Luç" yarımstansiyasını tamamilə məhv edib.
05.07.24, 11:11
BAEA gec-tez Zaporojye AES-in atəşə tutulmasında günahkarın adını açıqlayacaq - Ulyanov
İddialara görə, BAEA ekspertləri Zaporojye Atom Elektrik Stansiyasını (ZAES) və Enerqodarı kimin atəşə tutduğunu müəyyən edə bilmirlər, lakin gec-tez günahkarın adı açıqlanacaq. Bunu TASS-a Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov deyib.

"Təəssüf ki, agentlik təkzibedilməz sübutların olmaması səbəbindən bu hücumlara görə məsuliyyət daşıyanların adını çəkməyə hələ də hazır deyil", - diplomat bildirib.

Rusiya əmindir ki, gec-tez sübutlar ortaya çıxacaq və bundan sonra təşkilatın katibliyi günahkar tərəfin adını çəkməli olacaq.
Zaporojye AES 2022-ci ilin martından Rusiya ordusunun nəzarəti altındadır. Rusiya Xarici İşlər Nazirliyi nüvə və radioaktiv materialların sızmasının qarşısını almaq üçün bu addımın haqlı olduğunu vurğulayıb.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Zaporojye AES-in təmas xəttinə yaxın olması səbəbindən onun ətrafında təhlükəsizlik zonasının yaradılmasının zəruriliyini dəfələrlə bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.