SƏHİYYƏ

Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlanıb

İyul ayının 16-da Aşura ilə əlaqədar ölkə üzrə könüllü qanvermə aksiyası keçiriləcək.
Sputnik
BAKI, 12 iyul - Sputnik. Bu il Məhərrəm ayının Aşura günündə ənənəvi qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlanıb. Bu barədə Sputnik Azərbaycan-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Ünvanlar aşağıdakılardır:
Bakı şəhəri üzrə:
l. Yasamal rayonu "Təzə Pir" məscidi;
2. Nasimi rayonu "Əjdərbəy" məscidi;
3. Səbail rayonu "Bibiheybət" məscid ziyaratgahı;
4. Xəzər rayonu "Mir Mövsüm Ağa" ziyarətgah kompleksi;
5. Nizami rayonu "Sahib-Əz-Zaman" məscidi;
6. Nizami rayonu Keşlə qəsəbəsi "Şah Abbas" məscidi;
7. Suraxanı rayonu "Qaraçuxur" məscidi;
8. Binəqədi rayonu "İmam Əli" məscidi
Regionlar üzrə:
l. Gəncə şəhər "İmamzadə" məscid ziyarətgah kompleksi;
2. Sumqayıt şəhər "Cümə" məscidi;
3. Lənkəran şəhər "Böyük Bazar" məscidi;
4. Masallı şəhər "Cümə" məscidi;
5. Mingəçevir şəhər "Heydər" məscidi;
6. Şəki şəhər "İmam Əli" məscidi;
7. Şirvan şəhər məscidi;
8. Bərdə şəhər "İmamzadə" ziyarətgah məscidi;
9. Quba şəhər "Ərdəbil" məscidi;
10 Göyçay şəhər "Əbülfəzlil Abbas" məscidi;
11.Xaçmaz şəhər məscidi;
12.Salyan şəhər Mərkəzi "Hacı Tağı" məscidi.
Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə, bu il Məhərrəm ayının 1-i Miladi təqvimlə 2024-cü il iyul ayının 7-nə, Aşura günü isə iyul ayının 16-na təsadüf edir.
28.07.23, 16:09
Aşura günündə qanvermə aksiyası ilə bağlı saat 16:00-a olan məlumat açıqlandı
Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı tərəfindən Aşura günü ilə əlaqədar Bakı şəhəri və müxtəlif regionlarda keçirdiyi könüllü qanvermə aksiyasında saat 16:00 kimi 1699 vahid qan toplanılıb.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bunun 1210 paytaxt üzrə, 489 vahidi isə regionların payına düşür.