CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 11 iyul – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 11 iyul — Sputnik. İyulun 11-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyulun 11-də kim anadan olub?
Cahangir Əsgərov (1950) - "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti (2008 - 2023) və Azərbaycanın əməkdar pilotudur.
Cahangir Əsgərov
Corco Armani (1934) - italyan modelyer və sahibkar, "Armani" şirkətinin yaradıcısı və İtaliyanın ən varlı şəxslərindən biridir.
Corco Armani
Yelena Kamburova (1940) - Sovet və Rusiya müğənnisi və aktrisası, Moskva Musiqi və Poeziya Teatrının yaradıcısı və bədii rəhbəri (1992-ci ildən), Rusiya Federasiyasının xalq artistidir.
Yelena Kamburova
Stiven Lenq (1952) - amerikalı aktyordur. O, "Avatar", "Tumstoun: Vəhşi Qərb əfsanəsi", "Terra Nova" və s. filmlərdə rol alıb.
Stiven Lenq
Edqard Zapaşnı (1976) - məşhur Zapaşnılar sirk sülaləsinin üçüncü nəsil nümayəndəsi, Rusiya Federasiyasının xalq artisti, Vernadski prospektindəki Böyük Moskva Dövlət Sirkinin baş direktorudur (2012-ci ildən).
Edqard Zapaşnı
11 iyul tarixində dünyada baş verən tarixi hadisələr
1893-cü ildə yapon Kokiti Mikimoto ilk dəfə süni mirvari istehsal edib.
1905-ci ildə Beynəlxalq İdman Keqlyaları Assosiasiyası yaradılıb.
2010-cu ildə İspaniya milli futbol komandası tarixində ilk dəfə FİFA Dünya Kubokunun qalibi olub.
1989-cu ildə BMT beynəlxalq bayramı - Dünya Gününu təsis edib.