BAKI, 11 iyul - Sputnik. Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Qərb mediasının Rusiyanın ABŞ-da keçiriləcək prezident seçkilərinə guya təsir göstərmək niyyəti ilə bağlı bəyanatlarını yalan adlandırıb.
“2020-ci ildə Amerika Birləşmiş Ştatlarının bir sıra qurumları prezident seçkilərinin nəticələrinə namizədlərdən birinin xeyrinə təsir etmək üçün artıq oxşar yalanlardan istifadə edirdilər. Sizdən xahiş edirəm ki, bu cür davranasınız”, - Narışkin jurnalistlərə bildirib.
Daha əvvəl Reuters agentliyi ABŞ kəşfiyyatındakı mənbəyə istinadən xəbər vermişdi ki, Rusiya ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində amerikalı seçicilərə təsir etmək niyyətindədir. Bununla bağlı heç bir sübut təqdim edilməyib.
Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, arxiv
© Sputnik / Виктор Толочко
/ Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək.
Qeyd edək ki, iyunun 28-nə keçən gecə Atlantada ABŞ-ın keçmiş və hazırkı Prezidenti Co Bayden və Donald Tramp arasında debat baş verib.
Bundan sonra amerikalıların, təxminən 60%-i debatdakı çıxışını uğursuz hesab etdikləri Baydenin seçkilərdə iştirakına qarşı çıxıblar: o, kəkələyib, uzun fasilələr edib və sözlərini çaş-baş salıb.
Bir neçə gün sonra 81 yaşlı Bayden debat zamanı səhnədə az qala yuxuya getdiyini etiraf edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.