BAKI, 11 iyul — Sputnik. Rusiya prezidenti Vladimir Putin gələcəkdə BRİKS parlamentinin yaradılması ehtimalından danışıb.
"BRİKS-in hələ özünün institusionallaşdırılmış parlament strukturu yoxdur, lakin mən inanıram ki, gələcəkdə bu ideya mütləq həyata keçiriləcək", - Putin X BRİKS Parlament Forumu zamanı deyib.
Rusiya prezidenti Vladimir Putin deyib ki, BRİKS-ə üzv ölkələr və digər təşkilatlar "qızıl milyard" dövlətlərinin müqaviməti ilə üzləşirlər.
Onun sözlərinə görə, BRİKS üzvlərinin və digər inkişaf etməkdə olan ölkələrin səyləri dövlətlərin hakim elitasının, sözdə "qızıl milyard"ın şiddətli müqaviməti ilə üzləşir.
Rusiya prezidenti Vladimir Putin əmindir ki, BRİKS ölkələrinin parlamentariləri assosiasiyanın inkişafına mühüm töhfə verəcək və dünyada gərginliyin azaldılması üçün hər şeyi edəcəklər.
"Siz xalqlarınızın mənafeyinin təmsilçiləri, onların siyasi, milli iradəsinin təmsilçiləri kimi planetimizdə milyonların, mübaliğəsiz milyardlarla insanın həqiqi tələblərini, əhval-ruhiyyəsini və ehtiyaclarını hiss edirsiniz. Siz sosial məsələlərin həllinə - BRİKS ölkələrinin iqtisadi inkişafına, xalqlarımızın rifahının yaxşılaşdırılmasına və beynəlxalq gərginliyin azaldılmasına, daha ədalətli, demokratik, çoxqütblü və çoxtərəfli dünya nizamının qurulmasına mühüm töhfə verəcəksiniz", - Rusiya Prezidenti bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.