BAKI, 11 iyul — Sputnik. Vətəndaşların Rusiya Prezidenti Vladimir Putinə yüksək dəstəyi dövlət başçısının gündəlik gördüyü ağır və məsuliyyətli iş ilə əlaqəlidir.
Bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
"Bu, ilk növbədə, prezidentin hər gün gördüyü işlərlə bağlıdır. Bu iş ağır və məsuliyyətlidir", - Peskov bildirib.
Dmitri Peskov
© Sputnik / Владимир Астапкович
Kreml rəsmisi əlavə edib ki, Rusiya dövlət başçısına verilən yüksək dəstək reytinqi "saxlanılıb və davam edir".
Xatırladaq ki, bu günlərdə V. Putin Rusiyada demoqrafik vəziyyətin yaxşılaşdırılmasını və doğum səviyyəsinin dəstəklənməsini milli prioritet adlandırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.