RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Peskov: Kiyevin "sülh konfransı" keçirməsi məsələsində dəqiqlik yoxdur

Rusiya prezidentinin mətbuat katibi xüsusilə qeyd edib ki, söhbətin hansı gündəmdən getdiyinə dair heç bir anlayış yoxdur.
Sputnik
BAKI, 11 iyul — Sputnik. Kiyevin ikinci "sülh konfransı" keçirməsinin mümkünlüyü ilə bağlı hələlik dəqiqlik yoxdur. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə görüşündə deyib.

"Bizim dövrümüzdə "Bloomberg" və digər mötəbər agentliklərin nəşrləri heç bir qiymətləndirməyə əsas ola bilməz, çünki onların nə dərəcədə etibarlı olduğunu hələlik bilmirik. Ona görə ki, indi hətta ən hörmətli kütləvi informasiya vasitələri belə çox vaxt müxtəlif yalançı açıqlamalarla səhv edirlər. Hazırda bu məsələ ilə bağlı dəqiq bir məlumat yoxdur", - Kreml rəsmisi bildirib.

Peskov xüsusilə qeyd edib ki, söhbət hansı gündəmdən getdiyinə dair heç bir anlayış yoxdur.
"Keçiriləcək yer vacibdir, amma bu, ikinci plandadır. Söhbət hansı təkliflərdən gedir? Bilirsiniz ki, Prezident Putin və Rusiya Federasiyası hər zaman dialoqa açıqdır, biz heç vaxt dialoqdan imtina etməmişik. Ancaq biz söhbətin nədən getydiyini anlamalıyıq", - Peskov qeyd edib.
Bu yaxınlarda "Bloomberg"in jurnalisti Cennifer Ceykobs mənbələrə istinadən bildirib ki, Ukrayna münaqişənin həlli ilə bağlı ikinci konfransı keçirmək istəyir, ancaq ABŞ-da prezident seçkilərindən əvvəl və bu dəfə yalnız Rusiyanın iştirakı ilə.
Ankaradakı məlumatlı diplomatik mənbə bu yaxınlarda RİA Novosti-yə qeyd edib ki, hazırda Ukrayna ilə bağlı növbəti konfransın tarixi və yeri ilə bağlı konkret məlumat yoxdur, lakin Səudiyyə Ərəbistanı tədbirin mümkün məkanlarından biri kimi nəzərdən keçirilir.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbət zamanı deyib ki, Moskva kontekstdən elementlər çıxarılmadan qitədə təhlükəsizliklə bağlı bütün aspektləri kompleksdə müzakirə etməyə hazırdır.

"Ümumi təhlükəsizlik kontekstindən çıxarılan ayrı-ayrı elementləri müzakirə etməyəcəyimizi xatırlamaq çox vacibdir. Rusiya Prezidenti Vladimir Putin deyib ki, biz bütün vəziyyəti, qitədəki təhlükəsizliklə bağlı bütün aspektləri, ölkəmizin təhlükəsizliyini, digər dövlətlər üçün təhlükəsizlik təminatlarını kompleksdə müzakirə etməyə hazırıq. Ancaq bütün bunları birlikdə müzakirə etmək lazımdır", - Peskov fikrini yekunlaşdırıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.