RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Medvedev: Kiyevin NATO-ya gedən yolu Ukraynanın və ya Alyansın yox olması ilə bitməlidir

Alyansa üzv olan ölkələr Ukraynanı tam Avro-Atlantik inteqrasiyaya, o cümlədən NATO-ya üzvlüyə doğru dönməz yolda dəstəkləyəcəklər.
Sputnik
BAKI, 11 iyul — Sputnik. Kiyevin NATO-ya gedən yolunun ya Ukraynanın yox olması, ya da Alyansın yox olması ilə başa çatması üçün Rusiya hər şeyi etməlidir. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
Medvedev Teleqram kanalında NATO-nun Vaşinqton Bəyannaməsindən sitat gətirib ki, bu bəyanatda Alyansa üzv olan ölkələr Ukraynanı tam Avro-Atlantik inteqrasiyaya, o cümlədən NATO-ya üzvlüyə doğru dönməz yolda dəstəkləyəcəklər.

"Biz hər şeyi etməliyik ki, Ukraynanın NATO-ya gedən "dönməz yolu" ya Ukraynanın yox olması, ya da NATO-nun yox olması ilə bitsin", - Medvedev Alyansın bəyanatını şərh edərkən yazıb.

ABŞ 9-10-11 iyul 2024-cü il tarixlərində Vaşinqtonda NATO sammitinə ev sahibliyi edir. Görüşlər Uolter E. Vaşinqton konqress mərkəzində NATO baş katibinin sədrliyi ilə keçirilir.
Otuz iki üzv ölkənin dövlət və hökumət başçıları səviyyəsində təmsil olunduğu sammitdə üzv ölkələrlə yanaşı Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya liderləri iştirak edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.