QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azad edilmiş ərazilərə icazəsiz keçmək istəyənlər saxlanılıb

Bildirilib ki, həmin şəxslər barəsində inzibati protokollar tərtib edilərək məhkəməyə göndərilib.
Sputnik
BAKI, 11 iyul — Sputnik. AğdamTərtər Rayon Polis şöbələrinin əməkdaşlarının keçirdiyi tədbirlərlə işğaldan azad edilmiş ərazilərə müvafiq icazəsi olmadan keçmək istəyən dörd nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, həmin şəxslər barəsində inzibati protokollar tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən, onlar müvafiq qaydada məsuliyyətə cəlb olunublar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.