ELM

Yayda həddindən artıq istidən və günvurmadan xilas olmağın yolları

Gün vurması zamanı insan özünü dözülməz dərəcədə zəif hiss edir. Bu vəziyyətdə, kölgəyə girib suya çıxış əldə etməlisiniz, həmçinin pis vəziyyətdəsinizsə, təcili yardım çağırmalısınız.
Sputnik
BAKI, 10 iyul — Sputnik. Uşaqların uzun müddət istiyə məruz qalması gün vurması riski yaradır.
Terapevt və kardioloq Andrey Kondraxin bu barədə məlumat verib.
"Uşaqlar uzun müddət çöldə olarsa, onları gün vura bilər. Üstəlik, kiçik uşaqlar heç də həmişə öz vəziyyətlərini başa düşmür və onu təsəvvür edə bilmirlər. Ona görə də bu hava uşaqlar üçün təhlükəlidir".
Onun sözlərinə görə, isti havalarda uşağın günəş altında qalması saat 6:00-12:00 və 16:00-dan sonra məhdudlaşdırılmalıdır. Uşaqlar yüngül geyindirilməli, paltar istiliyi yaymalı və sintetik parça olmamalıdır.
"Daim maye qəbul etmək, hər 5-7 dəqiqədən bir 1 qurtum su içmək lazımdır. Uşaqlarda da vəziyyət bu cürdür, daim içmək lazımdır. Biz tərləyirik və ürəyin yükü artır. İsti havada güc məşqləri və fiziki məşqlər etmək də təhlükəlidir" - ekspert bildirib.
Kondraxin qeyd edib ki, günvurma zamanı insan özünü dözülməz dərəcədə zəif hiss edir. Bu vəziyyətdə, kölgəyə girib suya çıxış əldə etməlisiniz, həmçinin pis vəziyyətdəsinizsə, təcili yardım çağırmalısınız.
"Əgər vəziyyətiniz evə getməyə imkan verirsə, evə gedin və bədən hərarətini aşağı salan dərman qəbul edin. Yaşlıların ümumiyyətlə çölə çıxmaması, evdə oturub su içməsi daha yaxşıdır. Mümkün qədər sakit olun. Günəşdə daha az qalın" - o, sözünü tamamlayıb.
Daha əvvəl həkim Sergey Çudakov bildirmişdi ki, meteohəssas insanların hava şəraitinin və maqnit sahələrinin dəyişməsi zamanı sağlamlıqlarının pisləşməsinin qarşısını almaqdan ötrü tədbirlər görmələri vacibdir.