BAKI, 10 iyul — Sputnik. Qərb Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Təhlükəsizlik sahəsində Əməkdaşlıq Forumundan Rusiyaya qarşı informasiya müharibəsinə dəstək vasitəsi kimi getdikcə daha çox istifadə edir.
Bu barədə Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov "RİA Novosti" üçün yazdığı məqalədə bildirib.
"Təəccüblü deyil ki, Təhlükəsizlik sahəsində Əməkdaşlıq Forumu Avropada təhlükəsizlik məsələlərinin peşəkar müzakirəsi platforması kimi Qərb dövlətləri üçün maraq kəsb etməkdən çıxıb", - diplomat qeyd edib.
O əlavə edib ki, iki il ərzində forumun sədrləri azı beş dəfə Rusiyanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələrini hərbi sabitliyin təmin edilməsi məsələləri üzrə məruzəçi qismində dəvət etməkdən imtina ediblər.
Qavrilov Qərb ölkələrindən Ukraynaya silah tədarükü mövzusunda da danışıb. Onun sözlərinə görə, bununla da dövlətlər adi silahların ötürülməsi və daşına bilən zenit raket kompleksləri ilə bağlı ATƏT-in prinsiplərini pozur.
Xatırladaq ki, iyulun 3-də Rusiya ATƏT Parlament Assambleyasında iştirakını dayandırıb.