BAKI, 10 iyul — Sputnik. Səudiyyə Ərəbistanı G7-nin Rusiya aktivlərinin müsadirə edilməsinə münasibətini nümayiş etdirib.
Bu barədə senator Aleksey Puşkov özünün "Teleqram" kanalında məlumat verib.
Onun sözlərinə görə, ölkə G7-nin Rusiya aktivlərini müsadirə edəcəyi təqdirdə Avropa istiqrazlarını satacağına eyham vurub. Beləliklə, Puşkov əmindir ki, "Qlobal Cənubun aparıcı ölkəsi" "qlobal özbaşınalığa"a qarşı çıxıb.
"Səudiyyəlilərin bu addımı qeyri-Qərb dünyasındakı digər dövlətlər üçün domino effekti yarada bilər", - senator əlavə edib.
Bundan əvvəl krallığın ehtiyatlarının on milyardlarla avroya çata biləcəyi bildirilmişdi. Bundan əlavə, ölkə Fransa istiqrazlarına malikdir.