BAKI, 10 iyul — Sputnik. Tibb mütəxəssisləri bildiriblər ki, məşhur "Ozempic" də daxil olmaqla bir qrup diabet dərmanı diabet xəstələrini piylənmə ilə əlaqəli bəzi xərçənglərdən qoruyur.
"JAMA" dərgisi bu barədə araşdırmanın nəticələrini dərc edib.
Araşdırma göstərib ki, insulin və ya metmorfin qəbul edərkən bəzi xərçəng növlərinin riski xərçəng riski ilə müqayisədə azalır.
Tədqiqatçılar 2005-ci ildən 2018-ci ilə qədər dövr üçün insulin və ya semaqlutid (ticarət adı "Ozempic") kimi Qlükaqona bənzər-1 (QKB-1) reseptor aqonistləri (və ya qlükaqona bənzər peptid-1 analoqları) sinfinə aid dərmanlarla müalicə olunan 2-ci tip diabetli 1,6 milyon xəstə haqqında məlumatları təhlil ediblər.
Nəticələr göstərib ki, QKB-1 analoqlarını qəbul edən xəstələrdə insulin qəbul edənlərlə müqayisədə böyrək, mədəaltı vəzi, yemək borusu, yumurtalıq, qaraciyər və kolorektal xərçəng də daxil olmaqla tədqiq edilmiş 13 xərçəngdən 10-nun inkişaf riski əhəmiyyətli dərəcədə azalıb. Piylənmənin 13 növ xərçənglə əlaqəli olduğu məlumdur. Araşdırma isə QKB-1 analoq dərmanlarının bu əlaqəni poza biləcəyini göstərib.
Dərmanın riskini azaltmayan xərçəng növləri arasında tiroid xərçəngi və postmenopauza dövrünü yaşayan qadınlarda döş xərçəngi var.
Tədqiqat üçün semaqlutid, liraqlutid və digər QKB-1 reseptor aqonistlərini qəbul edən xəstələrin məlumatlarından istifadə edilib. Bu dərmanların, təxminən 20 ildir mövcud olmasına baxmayaraq, əhəmiyyətli dərəcədə arıqlama təsirləri sayəsində məşhurlaşıblar. "Ozepmic" 2017-ci ildə ABŞ-da təsdiqlənib.
Müəlliflər qeyd ediblər ki, QKB-1 analoqları ilə müəyyən xərçəng növlərinin mümkün artması riskini araşdırmaq üçün əlavə tədqiqatlar tələb olunur. Belə ki, bu dərmanların 1-3 il müddətində istifadə edildikdə qalxanabənzər vəzi xərçəngi riskinin artması ilə əlaqəli ola biləcəyi ehtimal edilir.