BAKI, 10 iyul — Sputnik. Britaniya raketləri ilə Rusiya ərazisinə zərbələr endirəcəyi təqdirdə Moskva tədbirlər görəcək.
Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Bundan əvvəl Britaniya hökumətinin yeni rəhbəri Key Starmer bildirmişdi ki, Ukrayna Böyük Britaniyadan aldığı uzaq mənzilli "Storm Shadow" raketlərindən necə istifadə edəcəyinə özü qərar verməlidir.
Peskov qeyd edib ki, Kreml hələ bu bəyanatı görməyib, lakin Londonun Ukrayna Silahlı Qüvvələrinə Britaniyanın "Storm Shadow" raketlərindən Rusiya ərazisinin dərinliklərinə endirmək üçün istifadəsinə icazə verməsini məsuliyyətsiz addım adlandırıb.
"Əlbəttə, bu, daha bir məsuliyyətsiz addımdır, gərginliyin artmasına və vəziyyəti ciddi şəkildə gərginləşdirməyə yönəlmiş tamamilə məsuliyyətsiz addımdır. Biz bütün bunları diqqətlə qeydə alacağıq və təbii ki, müvafiq tədbirlər görəcəyik", – Peskov bildirib.
Əvvəllər rus mühəndisləri "Storm Shadow" raketinin döyüş başlığını tədqiq ediblər.