İspaniyanın Pamplona şəhərində keçirilən San-Fermin festivalı zamanı səkkiz nəfər yaralanıb. Bu barədə yerli Qırmızı Xaç Komitəsinin məlumatında qeyd edilib.
Artıq səkkiz əsrdir ki, hər il bir həftə davam edən bu bayram keçirilir. Tədbir ən çox öküz qaçışı ilə tanınır.
Qeyd etmək lazımdır ki, bu festival nadir hallarda qurbansız keçsə də, ənənəni ləğv etmək planlaşdırılmır və qəzəbli heyvanla qarşıdurmada özlərini sınamaq istəyənlər kifayət qədər insan olur.
İspaniyada ən təhlükəli bayramın necə keçirildiyini görmək üçün Sputnik Azərbaycan-ın foto yığmasında izləyə bilərsiniz.