DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin-Belarus hərbi təlimlər üçüncü ölkələrə qarşı yönəlməyib - Çin Xarici İşlər Nazirliyi

İyulun 8-də Brest poliqonunda Çin-Belarus ordusunun "Hücum Şahini-2024" birgə təlimlərinin açılış mərasimi keçirilib.
Sputnik
BAKI, 10 iyul — Sputnik. Çin və Belarusun birgə hərbi təlimləri heç bir ölkəyə qarşı yönəlməyib. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tszyan deyib.
Çin Xalq Respublikasının Müdafiə Nazirliyi bildirib ki, iyulun 8-də Brest poliqonunda Çin-Belarus ordusunun "Hücum Şahini-2024" birgə təlimlərinin açılış mərasimi keçirilib. Məlumata görə, təlimlər iki mərhələdə keçiriləcək və iyulun sonunadək davam edəcək. Tərəflər, xüsusilə də, birgə antiterror təlimləri keçirəcəklər.
"Bu, Çin və Belarus arasında hərbi mübadilə sahəsində normal əməkdaşlıqdır, beynəlxalq hüquqa və beynəlxalq təcrübəyə uyğun olaraq, heç bir dövlətə qarşı yönəlməyib", - diplomat bildirib.
O əlavə edib ki, təlimlər iki ölkə arasında illik əməkdaşlıq planına uyğun olaraq keçirilir.