BAKI, 10 iyul — Sputnik. Birləşmiş Ərəb Əmirlikləri keçən il Rusiya neft məhsullarının alışını 4 dəfə artıraraq rekord həddə - 971 milyon dollara çatdırıb.
"RİA Novosti" bu barədə Əmirliyin İqtisadiyyat Nazirliyinin məlumatlarına istinadən xəbər verib.
Dəqiqləşdirilib ki, ötən il əməliyyatların həcmi, təxminən 238 milyon dollar təşkil edib. 2023-cü ilin göstəricisi isə Rusiya ilə BƏƏ arasında ticarət dövriyyəsinin bütün dövrü üçün ən yüksək göstərici olub.
Nəşr onu da qeyd edib ki, Əmirliklər keçən il Rusiya kömürünün idxalını 1,7 dəfə artıraraq 75 milyon dollara çatdırıb. Ölkələr arasında ümumi ticarət dövriyyəsi isə 3,5% artaraq rekord həddə - 11 milyard dollara çatıb.
Əlavə edək ki, BƏƏ bu ilin iyul ayında MDB-dən kənar ölkələr arasında rusiyalı turistlər üçün ən populyar istiqamətlərdən birinə çevrilib.