BAKI, 9 iyul — Sputnik. Sus və Zabux kəndlərində uşaq bağçalarının açılması planlaşdırılır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov bu gün jurnalistlər üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, "Böyük Qayıdışa dair Dövlət Proqramı" çərçivəsində hazırda, Ağalıda, Talış kəndində bağçalarımız fəaliyyət göstərir:
"Həmçinin Sus və Zabux kəndlərində də bağçalar fəaliyyətə başlayacaq".
Qeyd edək ki, 2026-cı ilin sonuna kimi 12 mindən çox insanın qayıdışı nəzərdə tutulur. Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov bildirib ki, artıq 730 ailə, 2766 nəfərdən çox insan Laçın rayonuna qayıdıb. Qısa müddətdə Laçın şəhəri, Zabux və Sus kəndləri yenidən qurularaq azərbaycanlı keçmiş məcburi köçkünlərin ixtiyarına verilib. Burada insanların rahat yaşaması üçün hər cür şərait yaradılıb.
15.09.23, 17:53
Uşağını bağçaya qoya bilməyənlərə şad xəbər
Bu gün saat 16:00-dan etibarən valideynlər www.bq.edu.az saytına daxil olmaqla 2023-2024-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu ilə bağlı növbəyə yazıla bilərlər.
Sputnik Azərbaycan-a bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Qeyd edək ki, 1-15 sentyabr tarixlərində qrupların komplektləşdirilməsi ilə bağlı növbəyə yazılma müvəqqəti dayandırılmışdı.