BAKI, 9 iyul — Sputnik. İyulun 9-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyulun 9-da kimlər anadan olub?
Seyid Əzim Şirvani (1835-1888) - XIX əsrin Azərbaycan şairi və maarifçisidir. Onun yaradıcılığının əksəriyyətini lirik əsərlər, əsasən də qəzəllər təşkil edir. Şairin realist şeir yaradıcılığı sahəsinə keçməsində "Əkinçi" qəzetinin mühüm rolu olub.
Tomas Davenport (1802-1851) - amerikalı dəmirçi və ixtiraçıdır. O, 1833-cü ildə davamlı cərəyanın ilk rotor elektrik mühərrikini yaradıb. 1837-ci ildə elektromaqnit maşını üçün patent alıb.
Kortni Lav (1964) - ABŞ aktrisası və rok müğənnisidir. Hazırda o, səhnəni tərk edib və kitablar yazır.
Kortni Lav
© AP Photo / Charles Sykes
Yekaterina Quseva (1976) - Rusiya teatr və kino aktrisası, RF əməkdar artistidir. O, "Briqada", "Kursantlar", "Yesenin" və s. filmlərdə rol alıb.
Dmitri Dyujev (1978) - Rusiya teatr və kino aktyoru, müğənni, kinorejissor, RF əməkdar artistidir. Aktyorun oynadığı "Ada", "Məni incitmir" filmlərindəki və "Briqada" serialındakı rolları ona uğur gətirib.
9 iyul tarixində dünyada baş verən tarixi hadisələr
1816-cı ildə Argentina İspaniyadan müstəqilliyini elan edib.
1877-ci ildə Böyük Britaniyanın Uimbldon şəhərində Ümumingilis tennis klubu tərəfindən keçirilən ilk tennis çempionatı başlayıb.
1918-ci ildə ABŞ-ın Neşvill şəhərində iki sərnişin qatarı tam sürətlə bir-biri ilə toqquşub. Nəticədə 101 nəfər həlak olub, 170-dən çox insan yaralanıb. Bu qəza 1918-ci ilin Böyük qatar qəzası adlandırılıb.
1957-ci ildə Mendeleyev cədvəlinin 102-ci elementi olan Nobelium kəşf edilib.
2007-ci ildən Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı gününü qeyd edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.