DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan İranla hərbi əməkdaşlığı müzakirə edib

Papikyan yeni təyin olunmuş hərbi attaşeni təbrik edib və ona missiyasında uğurlar arzulayıb.
Sputnik
BAKI, 9 iyul — Sputnik. Ermənistan Müdafiə Nazirliyinin rəhbəri Suren Papikyan İranın İrəvandakı səfiri Mehdi Sobhani və İranın bu respublikadakı səfirliyinin yeni təyin olunmuş attaşesi Məhəmməd Nəcəfi ilə hərbi sahədə əməkdaşlıq məsələlərini müzakirə edib. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Görüş zamanı Ermənistan və İran arasında müdafiə sahəsində əməkdaşlıq, eləcə də regional təhlükəsizliklə bağlı məsələlər müzakirə olunub", - məlumatda bildirilir.
Qeyd olunur ki, Papikyan yeni təyin olunmuş hərbi attaşeni təbrik edib və ona missiyasında uğurlar arzulayıb. O, keçmiş hərbi attaşe polkovnik Bəhmən Sadiqinə səmərəli əməkdaşlığa görə təşəkkür edib.
Xatırladaq ki, İran yeni prezidentini seçib. İranın Seçki Komissiyasının rəhbəri Möhsün Eslami ikinci turda 16 milyon 384 min 403 seçicinin səs verdiyi islahatçı Məsud Pezeşkianın seçkilərdə qalib gəldiyini açıqlayıb. M.Pezeşkianın rəqibi, mühafizəkarlar qanadının namizədi Səid Cəlili isə 13 milyon 538 min 179 səs toplayıb.