DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropa İttifaqı Gürcüstan Müdafiə Nazirliyinə 30 milyon avronun transferini dondurub

Aİ-nin Tbilisidəki səfiri deyib ki, hazırda Gürcüstanın Avropa İttifaqına inteqrasiyası prosesi dayandırılıb.
Sputnik
BAKI, 9 iyul — Sputnik. Aİ ölkələrinin liderləri müdafiə qabiliyyətinin gücləndirilməsi üçün Gürcüstanın Müdafiə Nazirliyinə göndərilməsi planlaşdırılan 30 milyon avronun dondurulması barədə qərar qəbul ediblər. Bunu Aİ-nin Tbilisidəki səfiri Pavel Qerçinski bildirib.
"Hazırda Gürcüstanın Müdafiə Nazirliyinə köçürməyi planlaşdırdığımız 30 milyon avro məbləğində pul dondurulub. Bu, yalnız ilk addımdır, başqa addımlar da olacaq. Gürcüstan hökumətinə birbaşa dəstəyimiz olacaq. Biz Gürcüstan hökumətindən birbaşa dəstəyi vətəndaş cəmiyyətinə və mediaya yönəltməyə çalışacağıq" - səfir jurnalistlərə deyib.
Qerçinski bildirib ki, hazırda Gürcüstanın Avropa İttifaqına inteqrasiyası prosesi dayandırılıb.
Xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" Qanunu üçüncü oxunuşda qəbul edib. Sözügedən qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur. Bu qanun ölkədə vətəndaşların, eləcə də Aİ-nin tənqidlərinə səbəb olub.
24.06.24, 16:33
Avropa İttifaqı Gürcüstanı hədələdi: Qapı bağlanacaq
Gürcüstan hakimiyyəti öz siyasətini davam etdirərsə, Avropa İttifaqı bu ölkə üçün Aİ-yə qapını bağlayacaq. Bunu Aİ diplomatiyasının rəhbəri Josep Borrell Lüksemburqda Avropa İttifaqı xarici işlər nazirlərinin görüşü başlamazdan əvvəl bildirib.
"Gürcüstan xalqının yolu Aİ üçün açıqdır, lakin hökumət gördüyü işləri davam etdirsə, bu yol bağlanacaq. Bu gün Aİ ölkələri konkret qərarlar qəbul etmir, biz vəziyyətin müzakirəsi və mümkün tədbirlər haqqında danışırıq. Amma tezliklə Gürcüstan üçün Avropa Sülh Fondunun maliyyə dəstəyi, yüksək siyasi səviyyədə təmaslar, maliyyə dəstəyi məhdudlaşdırıla bilər", - o deyib.
O əlavə edib ki, bu cür tədbirlər əhaliyə təsir etməməlidir.
Xatırladaq ki, mayın 28-də Gürcüstan parlamenti yeddi saatlıq müzakirədən sonra prezident Salome Zurabişvilinin xarici agentlər haqqında qanuna veto qoymasını aradan qaldıraraq onu orijinal variantında qəbul edib. 84 deputat lehinə, dördü əleyhinə səs verib.