BAKI, 9 iyul — Sputnik. Vaşinqton, faktiki olaraq, özünü Kiyev rejiminin cinayətlərində birbaşa ortaq adlandırmaqdan utanmır.
Bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski özünün "Telegram" kanalında bildirib.
Bu şəkildə o, Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbinin Ukrayna əsgərlərinin Krıma ABŞ raketləri atması ilə bağlı sözlərinə cavab verib. Slutski bunun "abırsızlığın zirvəsi" olduğunu vurğulayıb.
"Birləşmiş Ştatlar, əslində özünü Kiyev rejiminin cinayətlərində birbaşa ortaq adlandırmaqdan utanmır və mülki şəxslərin qətlinə görə kollektiv məsuliyyəti qəbul edir" - bəyanatda deyilir.
O, Rusiya Prezidenti Vladimir Putinin cavab vəd etdiyini də xatırladıb. Slutski bunun çox yaxın gələcəkdə olacağına əminliyini ifadə edib.
Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ və NATO-nun Rusiya ilə müharibə etmədikləri barədə bəyanatları "pis oyunda pis üzdür". O qeyd edib ki, Vaşinqtonun hədəfə alınmaq sahəsində birbaşa iştirakı olmasaydı, Ukrayna raketləri Rusiya bölgələrinə çatmazdı.