CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 8 iyul – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 8 iyul — Sputnik. İyulun 8-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyulun 8-də kim anadan olub?
Andrey Myaqkov (1938-2021) - Sovet və Rusiya teatr və kino aktyoru, teatr rejissoru, RSFSR xalq artistidir. "Taleyin ironiyası, ya da həmişə təmizlikdə!" filmi aktyora şöhrət gətirib (1976).
Andrey Myaqkov
Konstantin Raykin (1950) - Sovet və Rusiya teatr və kino aktyoru, rejissoru, RF xalq artistidir. O, 1988-ci ildən Arkadi Raykin adına Rusiya Dövlət "Satirikon" Teatrının bədii rəhbəridir. Rejissor SSRİ xalq artisti Arkadi Raykinin oğludur.
Konstantin Raykin
Kevin Bekon (1958) - ABŞ aktyoru, musiqiçi və rejissordur. Aktyor "Gözəgörünməz", "Cümə günü, ayın 13-ü", "Birinci dərəcəli qətl" və s. filmlərdə rol alıb.
Kevin Bekon
Dmitri Pevtsov (1963) - Sovet və Rusiya teatr və kino aktyoru, Rusiyanın xalq artisti, RF Federal Məclisinin Dövlət Dumasının deputatıdır. O, müxtəlif janrlı filmlərdə və televiziya seriallarında rol alıb: "Mafiya ölməzdir", "Kraliça Marqo", "Aslanın payı" və s.
Dmitri Pevtsov
Yuliya Rutberq (1965) - Sovet və Rusiya teatr və kino aktrisası, RF xalq artistidir. O, "Qağayı" və "Büllur Turandot" mükafatlarının laureatıdır. Aktrisa 1988-ci ildən E. Vaxtanqov adına Teatrın artistidir.
Yuliya Rutberq
Janna Friske (1974-2015) - rusiyalı pop müğənni, teleaparıcı və kino aktrisasıdır. O, 1996-2003-cü illərdə "Parlaqlar" qrupunun aparıcı solisti olub.
Janna Friske
8 iyul tarixində dünyada baş verən tarixi hadisələr
1709-cu ildə Şimal müharibəsinin ən böyük döyüşü - Poltava döyüşü baş verib. I Pyotrun rəhbərliyi altında olan Rusiya ordusu XII Karlın İsveç ordusunu məğlub edib.
1777-ci ildə Vermont köləliyi ləğv edən ilk ABŞ ştatı olub.
1796-cı ildə ABŞ Dövlət Departamenti ABŞ vətəndaşına ilk pasport verib.
1974-cü ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Baykal-Amur magistralının tikintisi layihəsini təsdiqləyib. 1991-ci ildə BAM-ın tikintisinin dəyəri 17,7 milyard rubl təşkil edib.
2005-ci ildən Ümumdünya Allergiya Günü qeyd olunur.