İQTİSADİYYAT

İqtisadiyyat Nazirliyi: Ələt AİZ Azərbaycanda Rusiya biznesi üçün idealdır

Nazir müavini bildirib ki, “Şimal-Cənub” layihəsi Şimal Buzlu və Hind okenlarını birləşdirir.
Sputnik
BAKI, 8 iyul - Sputnik. Azərbaycanda Ələt Azad İqtisadi Zonası (AİZ) Rusiya şirkətlərinin orada olması üçün idealdır. Bunu Yekaterinburqda keçirilən “İnnoprom-2024” beynəlxalq sərgisində respublika iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.
Onun sözlərinə görə, AİZ-in əlverişli yerləşməsi Rusiya Federasiyasından olan sahibkarlıq subyektlərinə öz məhsullarını qonşu ölkələrə ixrac etməyə imkan verəcək.
İqtisadiyyat nazirinin müavini Elnur Əliyev
Belə ki, Əliyevin sözlərinə görə, Ələt AİZ dəniz limanına və dəmir yoluna yaxın ərazidə yerləşir və Azərbaycandan ayrıca yurisdiksiyaya malikdir.

“Rusiya şirkətləri, xüsusən də Tatarıstandan olan şirkətlər orada qeydiyyatdan keçmək istəyir”, - nazirmüavini əlavə edib.

Əliyevin sözlərinə görə, bu ilin mayında Kazanda keçirilən iqtisadi forumda Bakı və Moskva arasında Azərbaycanda sənaye zonasının yaradılması, eləcə də Şimal-Cənub layihəsi çərçivəsində 129 saziş bağlanıb.
“Bu yaxınlarda Kazan forumu çərçivəsində biz 129 saziş imzaladıq. Gələn il biz Azərbaycanda Rusiya şirkətlərinin iştirak edəcəyi sənaye zonasını işə salırıq. Əsasən neft-kimya sənayesinə vurğu olacaq”, -Əliyev deyib.
Nazirlik rəsmisi əlavə edib ki, hazırda “Şimal-Cənub” layihəsinin icrasına başlanılması üzrə işlər gedir.

"Biz iki okeanı birləşdiririk - Şimal Buzlu və Hind okenlarını", - nazir müavini qeyd edib.

O əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında biznes sahəsində əlaqələr genişlənir. Xüsusilə, ölkələr neft-kimya sənayesi, əczaçılıq, maşınqayırma və gəmiqayırma sahələrində əməkdaşlıq edirlər. Bundan başqa, Azərbaycanın şərabçılıq regionunda Rusiya investisiyaları mövcuddur.
“Azərbaycan Özbəkistan və Qırğızıstanla çoxtərəfli fond yaradır. Bu yaxınlarda Azərbaycan-Kazan fondunun yaradılması haqqında saziş imzalanıb. BƏƏ ilə də fondumuz var. Sevindirici haldır ki, bu yaxınlarda Rusiya şirkətlərindən Qırğızıstanda əməkdaşlıq üçün müraciət aldıq”, - Əliyev bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.