HƏRBİ

Qazaxıstanda Azərbaycan hərbçilərinin iştirakı ilə təlimlər başlayıb

Bildirilir ki, təlimlər Oymaşa poliqonunda, həmçinin Xəzər dənizinin Qazaxıstan sektorunda yerləşən Tokmak burnundan iki kilometr aralıda yerləşən dəniz sahəsində keçiriləcək.
Sputnik
BAKI, 8 iyul — Sputnik. İyulun 8-dən 17-dək Azərbaycan, Qazaxıstan, Qırğızıstan, TacikistanÖzbəkistandan olan hərbçilərin iştirakı ilə "Birlestik-2024" ("Birlik-2024") beynəlxalq təlimləri Qazaxıstanın qərbində yerləşən Manqistau vilayətində keçiriləcək. Bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

"İyulun 8-dən iyulun 17-dək hərbi kontingentlər silahlı münaqişənin lokallaşdırılması üzrə birgə əməliyyat hazırlayıb keçirəcəklər. Döyüş hazırlığı tapşırıqlarının hazırlanmasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın hərbi kontingentləri iştirak edəcək", - Qazaxıstan MN-in məlumatında deyilir.

Bildirilir ki, təlimlər Oymaşa poliqonunda, həmçinin Xəzər dənizinin Qazaxıstan sektorunda yerləşən Tokmak burnundan iki kilometr aralıda yerləşən dəniz sahəsində keçiriləcək.
Mətbuat xidmətindən bildiriblər ki, taktiki təlimlərin epizodları yerüstü və hava kəşfiyyatı qrupları, Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları, ordu və cəbhə aviasiya ekipajları, döyüş gəmiləri və katerləri, artilleriya ekipajları, hücum və tank bölmələrinin iştirakı ilə keçiriləcək.
"Təlim çərçivəsində mədəni-kütləvi, asudə vaxt və idman tədbirləri, həmçinin hərbi idman növləri, "Baqdar" taktiki səmti müəyyənetmə və ordu taktiki atıcılığı üzrə yarışlar keçiriləcək", - nazirlikdən bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.