RUSİYA

Putin və Pezeşkian arasında telefon danışığı olub - Kreml

Rusiyanın dövlət başçısı iranlı həmkarını təbrik edib.
Sputnik
BAKI, 8 iyul - Sputnik. Rusiya prezidenti Vladimir Putin telefon danışığı zamanı Məsud Pezeşkianı İranda keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib. Kremlin mətbuat xidməti xəbər verir ki, Putin İranlı həmkarına məsul dövlət vəzifəsində uğurlar arzulayıb.

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə İran İslam Respublikasının seçilmiş prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. Vladimir Putin Məsud Pezeşkianı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib və ona məsul dövlət vəzifəsində uğurlar arzulayıb”, - məlumatda bildirilir.

Bundan əvvəl islahat qanadının namizədi Məsud Pezeşkian İranda keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələrək 16 milyondan çox səs toplayaraq ölkənin 9-cu prezidenti olub.
Məsud Pezeşkian
Onun rəqibi, mühafizəkarlar qanadının nümayəndəsi Səid Cəlili 13,5 milyon səs toplayıb.
İran seçki komissiyasının rəhbəri Möhsün Eslaminin sözlərinə görə, ümumilikdə 30 milyon 573 min 931 səs hesablanıb və 49,8 faiz iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
İlham Əliyev İranın yeni prezidentini Azərbaycana səfərə dəvət edib