RUSİYA

Putin Orban vasitəsilə Baydenə mesaj göndərməyib - Peskov

Peskov bildirib ki, Rusiya İran xalqının prezident seçkiləri zamanı etdiyi seçimə hörmətlə yanaşır və İranın yeni rəhbərliyinə uğurlar arzulayır.
Sputnik
BAKI, 8 iyul — Sputnik. Rusiya prezidenti Vladimir Putin bu gün Hindistanın baş naziri Narendra Modi ilə görüşəcək, axşam isə onlar qeyri-rəsmi şəkildə təkbətək danışacaqlar aparacaqlar. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bildiyiniz kimi, bu gün, Hindistanın Baş naziri cənab Modi Rusiya Federasiyasına rəsmi səfərə gəlir. İki lider arasında qeyri-rəsmi ünsiyyət olacaq, onlar təkbətək sərbəst gündəmlə ünsiyyət qurmaq imkanı əldə edəcəklər", - Peskov bildirib.

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Bayden
Peskov bildirib ki, Rusiya İran xalqının prezident seçkiləri zamanı etdiyi seçimə hörmətlə yanaşır və İranın yeni rəhbərliyinə uğurlar arzulayır:

"Moskva prezident seçkiləri başa çatdıqdan sonra Tehranla sıx tərəfdaşlıq münasibətlərinin davam edəcəyini gözləyir. Biz Tehranla müxtəlif sahələrdə inkişaf və dərinləşmə baxımından çox müsbət dinamikaya malik sıx tərəfdaşlıq müttəfiq münasibətlərini davam etdirməyə ümid edirik".

Xatırladaq ki, İranda islahatçı qanadının namizədi Məsud Pezeşkian prezident seçkilərinin ikinci turunda qalib gələrək 16 milyondan çox səs toplayaraq ölkənin 9-cu prezidenti olub. Onun rəqibi, mühafizəkarlar qanadının nümayəndəsi Səid Cəlili 13,5 milyon səs toplayıb. İran seçki komissiyasının rəhbəri Möhsün Eslaminin sözlərinə görə, ümumilikdə 30 milyon 573 min 931 səs hesablanıb.
Peskov qeyd edib ki, Kreml Ukrayna məsələsində maraqlı tərəflər arasında ciddi fikir ayrılıqlarının bütöv bir kompleksini elan edib.

"Macarıstanın baş naziri Viktor Orban bu fikir ayrılıqlarının mahiyyətini anlamağa çalışır, Moskva bunu yüksək qiymətləndirir", - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin mətbuta katibi onu da deyib ki, Rusiya prezidenti Vladimir Putin Macarıstanın baş naziri Viktor Orban vasitəsilə ABŞ prezidenti Co Bayden və ya NATO ölkələri üçün heç bir mesaj verməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.