RUSİYA

Hindistanın Baş naziri Moskvaya gəldi

Modi bildirib ki, ölkələr arasında xüsusi və strateji tərəfdaşlığın daha da dərinləşdirilməsini səbirsizliklə gözləyir.
Sputnik
BAKI, 8 iyul — Sputnik. Hindistanın baş naziri Narendra Modi Moskvaya gəlib. Modi Hindistan və Rusiya arasında möhkəm əlaqələrin iki ölkənin xalqlarına fayda verəcəyini bildirib. Bu barədə o, X sosial şəbəkəsində yazıb:

"Moskvaya gəldik. Biz ölkələrimiz arasında xüsusi və strateji tərəfdaşlığın daha da dərinləşdirilməsini səbirsizliklə gözləyirik. Ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsi xalqlarımıza böyük fayda gətirəcək".

Modinin təyyarəsi Moskvanın Vnukovo-2 hava limanına enib.
Modinin Rusiyaya rəsmi səfəri iyulun 8-9-da baş tutur, bu, onun Rusiya Federasiyasına son beş ildə ilk səfəridir.
Rusiya prezidenti Vladimir Putin və Modi arasında danışıqlar Moskvada keçiriləcək. Kreml qeyd edib ki, dövlət başçıları "ənənəvi dost" Rusiya-Hindistan münasibətlərinin gələcək inkişaf perspektivlərini, habelə beynəlxalq və regional gündəmin aktual məsələlərini müzakirə edəcəklər.
Kreml qeyd edib ki, səfərin gündəliyi həddən artıq zəngin olacaq. Danışıqlar məhdud və geniş tərkibdə aparılacaq.
Rusiya Federasiyasının başçısının mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Kreml dövlət başçılarının qeyri-rəsmi şəraitdə ünsiyyət qura biləcəklərinə ümid edir.
Peskov bildirib ki, əsas məsələ mənalı ünsiyyət üçün atmosfer yaratmaqdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.