RUSİYA

"Evolute" şirkəti "i-Space" hibrid krossoverinin kütləvi istehsalına başlayıb

Rusiya Federasiyasında hibrid güc qurğusu olan avtomobillərə kifayət qədər böyük tələbat var.
Sputnik
BAKI, 8 iyul — Sputnik. "Evolute" Rusiyada hibrid avtomobillərin seriyalı istehsalına başlayan ilk şirkət olub: Lipetsk yaxınlığındakı zavodun konveyerinə "İnnoprom" beynəlxalq sənaye sərgisində təqdim olunan "i-Space" hibrid krossoveri qoyulub.
Bu barədə "RİA Novosti"yə verdiyi müsahibədə istehsalçı şirkətin idarəedici tərəfdaşı Andrey Reznikov məlumat verib.

"Biz sözün həqiqi mənasında keçən həftə ilk avtomobilləri yığdıq. Onlar artıq sertifikatlaşdırılıb, avtomobillərin tipinə dair razılıq əldə olunub. Bu o deməkdir ki, həm avtomobillər, həm də avtomobil istehsalı prosesi Rusiya sertifikatlaşdırma orqanlarının tələblərinə tam uyğundur," - top menecer yeniliyin kütləvi istehsalına başlama vaxtı ilə bağlı sualı cavablandırarkən deyib.

Reznikov onu da vurğulayıb ki, Rusiya Federasiyasında hibrid güc qurğusu olan avtomobillərə kifayət qədər böyük tələbat var. Ümumilikdə şirkət bu il "bir neçə min" "i-Space" satmaq niyyətindədir.

"Evolute"də biz həmişə modelin üstünlüklərini və konsepsiyasını mümkün qədər dəqiq şəkildə təcəssüm etdirən bir adla çıxış edəcəyik. Məsələn, hazırda içində sizinlə müsahibə apardığımız yeddi yerlik hibridi "i-Space" adlandırmaq qərarına gəldik. Çünki bir tərəfdən onun parametrlərini eşitdikdən sonra belə deyə bilərik – "bu kosmosdur!". İkincisi, "Space" ruscaya tərcümədə "kosmos"dan savayı, həm də "məkan" mənası verir. Bu avtomobil isə böyük həcmli – yeddi nəfərin rahat əyləşə biləcəyi maşındır" - top-menecer yeni məhsul haqqında danışarkən əlavə edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.