AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan və Ermənistan parlament rəhbərləri Cenevrədə görüşəcək

Simonyan və Qafarova arasında əvvəlki görüş mayın 17-də Parlamentlərarası İttifaqın (PAİ) Parlament Başçılarının VI Ümumdünya Sammitinə hazırlıq komissiyasının birinci iclası çərçivəsində baş tutub.
Sputnik
BAKI, 8 iyul — Sputnik. İlkin razılığa əsasən, Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanla Azərbaycan parlamentinin rəhbəri Sahibə Qafarova arasında növbəti görüş bu ilin oktyabrında Cenevrədə baş tutacaq. Bu barədə Sputnik Ermənistan-a Ermənistan spikerinin köməkçisi Movses Arutyunyan məlumat verib.
Simonyan və Qafarova arasında əvvəlki görüş mayın 17-də Parlamentlərarası İttifaqın (PAİ) Parlament Başçılarının VI Ümumdünya Sammitinə hazırlıq komissiyasının birinci iclası çərçivəsində baş tutub.

"Məhz o zaman bu ilin oktyabrında Cenevrədə keçiriləcək görüşlə bağlı ilkin razılıq əldə olunub", - Arutyunyan bildirib.

Qeyd edək ki, bu, Azərbaycan vəErmənistanın qanunvericilik orqanları rəhbərlərinin üçüncü görüşü olacaq. Birinci görüş bu il martın sonunda Cenevrədə, ikinci görüş isə may ayında baş tutub.
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul olunub.
Parlamentin iyunun 21-də keçirilən plenar iclasında isə Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib. Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verib.
Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də keçirdiyi iclasında Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyaya uyğun olması barədə qərar qəbul edilib.
Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.