BAKI, 7 iyul - Sputnik. Macarıstanın baş naziri Viktor Orbanla Rusiya Prezidenti Vladimir Putinin görüşü Qərb siyasətçilərinin Rusiya ilə danışıqların aparıla bilməyəcəyi tezisini təkzib edib.
Bunu “Focus” jurnalının baş müxbiri Ulrix Reitz özünün YouTube video bloqunda bildirib.
“Avropa İttifaqı qəzəblidir, çünki o, Ukraynaya hərbi dəstəkdən başqa alternativin olmadığını bildirən vahid strategiya ilə böyük çətinliklə razılaşıb. Aİ çox çətinliklə bununla razılaşıb” - jurnalist bildirib.
Orban, Reitsin sözlərinə görə, Aİ nümayəndələrinin Rusiya rəhbəri ilə danışıqların mümkünlüyünü inkar etmələrinə baxmayaraq, Moskvaya uçub.
“Hazırda ilk dəfədir ki, avropalıların iddia etdikləri təkzib olunur – aydındır ki, Putinlə danışıqlar aparmaq mümkündür” - Reits vurğulayıb.
Bundan əvvəl Orban Rusiya prezidentini 100%-dən çox rasional insan adlandırmışdı.
O, həmçinin Putinin “sakit, çox diqqətli və punktual” siyasətçi olduğuna dair fikirlərini bölüşüb.